Niyyət və məqsədlər
« Eurodram » teatr əsərlərinin Avropa, Aralıqyanı və Orta Asiya dillərinə tərcüməsi ilə məşqul olan Ümumavropa şəbəkəsidir. Onun əsas məqsədi dil müxtəlifliyini xüsusi ilə nəzərə alaraq məhdud nəşrli əsərləri həm teatr mütəxəssisləri, həm də geniş auditoriya aləmində tanıtmaqdır. Dil əsasında təqribən 40 komitəyə bölünmüş şəbəkə 300-ə yaxın üzvdən ibarətdir. Material toplamaq istəyən və yaxud teatr və tərcümə sahəsində bilik və təcrübəsi olan hər bir şəxs komitələrin birinə qoşulmağa dəvət edilir. Hər hansı yazıçı-dramaturq və ya tərcüməçi öz materialını aşağıda təsvir edilmiş qaydada göndərə bilər. 2012-13 müddətində hər komitədən xarici dildən müvafiq komitə dilinə tərcümə olunmuş əsərlərdən birini seçmək xahiş olunur.
Komitələr
Bütün yeni qoşulanların üzvlüyü müvafiq komitənin qaydası əsasında təsdiqlənir və bu proses ümumiyyətlə olduqca sadə olur. Yeni komitə üzvləriylə bağlı təkliflər alqışlanır. Şəbəkənin məqsədlərindən biri kişi və qadın üzvlər arasında, yeni və tanınmış mütəxəssislər arasında, həvəskar və peşəkarlar arasında, təşkilat ya idarə işçiləri və müstəqil işçilər arasında, yerli və diasporlu üzvlər arasında balans əldə etməkdir. İdeal şəkildə komitənin həmçinin teatr naşirlərindən, dramaturgiya müsabiqəsi təşkilatçılarından, dramaturgiya festivalı prodüserlərindən və dramaturgiya həmkarlar ittifaqı nümayəndələrindən ibarət olması arzu olunur. Hər bir üzv materialı həm öz müvafiq komitəsində, həm də digər yazıçı-dramaturqlar, agentlər, naşirlər, tərcüməçilər və dramaturgiya ilə bağlı təşkilatlar arasında yaymağı öhdəsinə götürür. Dramaturqun istəyi ilə əsərinə yüksək dərəcədə diqqət çəkmək arzu edənlərdən qısa (anonim) ssenari hesabatı təqdim etmək xahiş olunur.
Müzakirə qrupları
Hər şəbəkə üzvü email siyahına əlavə edilir. Bu siyahılara qismən nəzarət edilir; orada yalnız şəbəkə üzvləri yaza bilər. Ümumi siyahıya göndərilən ismarıclar müvafiq komitəyə yönəldilir. Hər yeni üzv komitə siyahısına daxil olanlara Maison d’Europe et d’Orient (MEO, Avropa və Şərq Evi) tərəfindən təqdim edilir və öz barəsində danışmağa dəvət edilir. MEO-nun mərkəzi koordinatorunun göndərdiyini emaillərdən başqa bütün emaillər yalnız kömitənin öz dilində göndərilir (burada: azərbaycanca).
Resurs bazası
Komitələr şəbəkəsi ilə paralel yerli resurslar da mövcuddur. Həmin yerlər oxucular üçün tərcümə kitabxanaları təsis edir və aidiyyatı olan şəbəkə məlumatını öz vebsaytlarında yerləşdirir. Ətraflı məlumat üçün baxın: <lieux ressources>
Koordinasiya
Hər komitə bir üzv tərəfindən digər üzvlərin razılığı əsasında idarə edilir. Koordinator komitə üzvləri tərəfindən şəbəkə məqsədlərinin düzgün anlanmasını və yerinə yetirilməsinə nəzarət edir. Məqsəd mümkün qədər çox namizəd mətn toplayıb dövriyyəyə buraxmaq, yeni üzv, xüsusi ilə də tərcüməçi cəlb etmək və komitənin yenilənməsini təmin etmək, həmçinin mübadilə, ilkin görüşlər və seçmə mərhələsində səsvermə prosesini təşkil etməkdir. Koordinatorun vəzifəsi səsvermə nəticələrinin tələb olunan əlavə materiallar (tərcümeyi-hal, qısa məzmun, qısa parça…) ilə birlikdə MEO qərargahına çatdırılmasını təmin etməkdir. Koordinator həmçinin öz komitəsinin seçdiyi əsəri, məsələn mətbuat xülasəsi yazıb yaymaq vasitəsi ilə, daha da geniş təbliğ edir. Bu mümkün qədər digər komitələrə də aid edilməlidir. Tədbir təşkil edən koordinatorlar « Europe of Theatres » festivanlında iştirak etmək dəvəti qazanır. Onlar həm də ildə bir dəfə baş verən ümumi yığıncağa da dəvət edilir. Xüsusi hallarda MEO koordinatora nəqliyyat biletini və yaşama müddətini maliyyələşdirmək üçün sponsor axtarmaqda yardım göstərə bilər.
Ssenarinin göndərilməsi
Ssenarilər yazıçı, tərcüməçi, naşir, agent və digər şəxslər tərəfindən göndərilə bilər.
Orijinal ssenarilər ilə bağlı müraciətlər tam orijinal ssenari, dramaturqun qısa tərcümeyi-halı, məlumat kağızı (yazılma yeri və tarixi, hərflərin sayı, hər hansı mükafat və əvvəlki istehsal barədə qeydlər) və maraqlı gələ bilən hər hansı məlumatdan ibarət olmalıdır.
Qeyd: Fransız dilində yazılmış ssenarilər ilə bağlı, yalnız peşəkar oxucu komitəsi tərəfindən seçilmiş və yaxud fransız komitəsi üzvünün tövsiyəsi ilə müsabiqəyə daxil edilmiş ssenarilər qəbul olunur.
Tərcümə edilmiş mətnlər üçün, namizəd mətn bütöv ssenarinin və yaxud onun bir parçasının (ssenarinin 1/5-i) tərcüməsindən, əsərin analitik məzmunundan, dramaturqun qısa tərcümeyi-halındn, məlumat kağızından (yazılma yeri və tarixi, hərflərin sayı, hər hansı mükafat və əvvəlki istehsal barədə qeydlər) və maraqlı gələ bilən hər hansı məlumatdan ibarət olmalıdır. Sözsüz ki, orijinal dilli mətn və tərcüməçinin adı da göstərilməlidir…
Əmin deyilsinizsə, onları MEO baş qərargahının emailinə göndərə bilərsiniz: contact@eurodram.org. Komitə üzvləri mətnləri bilavasilə komitənin email siyahısına göndərməlidirlər.
Yeganə vaxt həddi seçmə prosesinin başa çatma tarixidir. Adətən mətnlərin əsas qismi bu müddətin sonunda göndərilməsi səbəbindən təklif etdiyiniz mətni nə qədər tez göndərsəniz, o qədər də tez və çox oxucu tərəfindən oxunacaqdır.
Mətnlər komitələrə yazıldığı dil əsasında göndərilir. Məsələn, makedonca yazılmış mətn makedon komitəsinə göndəriləcəkdir. Eyni mətnin litvaca tərcüməsi isə Litva komitəsinə yönəldiləcəkdir.
Nəzəri olaraq, yazıçının milliyəti və yaşadığı məkandan asılı olmayaraq əsas isnad nöqtəsi mətnin dilidir. Eyni zamanda şəbəkə Avropa, Aralıqyanı və Orta Asiyadan kənar ərazilərdən göndərilən materiallardan yararlanmağı özünə məqsəd saymır. Hər müraciətə müvafiq komitənin iştirakı ilə ayrı ayrılıqda nəzər yetirələcəkdir.
Hər hansı yazıçı istədiyi qədər ssenari göndərə bilər. Halbuki istirakçılara ildə yalnız bir ssenari göndərmək məsləhət görülür…
Seçmə
Hər « Eurodram » komitəsi ilbəil növbələşən və hərəsi üç ssenariyə qədər ehtiva edən iki seçmə prosesi keçirir. Hər müsabiqədə eyni yazıçıya məxsus birdən artıq ssenari iştirak edə bilməz. Növbələşən seçmə aşağıdakılar deməkdir:
-cüt illərdə: komitənin dilində (burada: azərbaycanca) yazılmış dram əsərlərinin digər Avropa dilinə tərcüməsi üçün seçilməsi (dildən tərcümə);
-tək illər: digər Avropa dillərində yazılmış dram əsərlərinin komitənin dilinə tərcüməsi üçün seçilməsi (dilə tərcümə).
Səsvermə
Hər komitə üzv 6 bal verə bilər. İdeal şəkildə ilk ən xoşa gələn ssenariyə 3, digərinə 2, ən az xoşa gələn ssenariyə isə 1 bal verilməlidir. Lakin bir mətnə 3-dən çox və 1-dən az bal verməmək şərti ilə ballar müxtəlif şəkildə paylaşdırıla bilər. Məsələn altı mətnin hər birinə 1 bal və yaxud üç mətnin hər birinə 2 bal və s. Vaxt həddindən əvvəl hər üzv fikrini istədiyi qədər dəyişə bilər.
Tarixlər
Ara görüş: 2014-cü ilin fevralı
Son siyahı: 2014-cü ilin martı
Seçmə həddi: 2014-cü il 1 aprel
Ümumi iclas: 2014-cü ilin mayı
Cavablar
Resurs məhdudluğundan ssenari göndərənlər ilə yalnız müsbət cavab gəldikdə əlaqə saxlanılır. Nəticələr bir neçə həftəyə vebsaytda yerləşdirilir.
Hər bir yazıçı ssenari hesabatının ona göndərilməsini xahiş edə bilər. Bu xahiş anonim şəkildə yerinə yetirilir.
Hər il şəbəkə dövriyyəsinə təxminən 300 ssenari buraxılır. 2012-ci ildə fransız komitəsinə göndərilən hər bir mətn orta hesab ilə yeddi oxucu tərəfindən oxunmuşdur.
Sonrası nədir?
Seçilmiş əsərlərə görə (təəsüf ki) pul mükafatı verilmir.
Orijinal ssenarinin seçilməsi həmin dil ilə işləyən tərcüməçilər üçün işə başlamaq siqnalıdır. Tərcümə olunmuş parçanın seçilməsi həmin tərcüməçini bütöv mətni tərcümə etməyə dəvət edir. Mətnin tamamlanmış tərcüməsinin seçilməsi isə rejissorları onu səhnələşdirməyə, naşirləri isə onu nəşr etməyə çağırır.
Şəbəkə müxtəlif strukturlu təşkilatlar ilə əməkdaşlıq edir və bu öz növbəsində şəbəkəyə beynəlxalq səviyyədə yazıçı-dramaturq, tərcüməçi və digər növ yaradıcılıqda marağı olan partnyorlardan ibarət olan mürəkkəb birliyin dinamik tərkib hissəsinə çevrilməsinə imkan verir.